Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq

© AFP 2023 / PHILIPPE WOJAZERПрезидент Франции Эммануэль Макрон, фото из архива
Президент Франции Эммануэль Макрон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Emmanuel Makron: "Bu hücumla Türkiyəni Rusiyadan ayırdıq. Türkiyə kimyəvi silahların istifadəsini pisləyib"

BAKI, 16 aprel — Sputnik. Fransa prezidenti Emmanuel Makron ölkəsinin ABŞ və Böyük Britaniya ilə birlikdə Suriyaya hücum edərək Türkiyəni Rusiyadan ayırdığını söyləyib. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, Makron hücumun mükəmməl şəkildə həyata keçirildiyini bildirib.

"Bu hücumla Türkiyəni Rusiyadan ayırdıq. Türkiyə kimyəvi silahların istifadəsini pisləyib" — deyən Fransa liderinin sözlərinə görə, o, ABŞ prezidenti Donald Trampı Suriyada hərbi əməliyyatları davam etdirməyə razı salıb. 

Президент РФ Владимир Путин и президент Исламской Республики Иран Хасан Рухани (слева) после заявления для прессы по итогам российско-иранских переговоров - Sputnik Azərbaycan
RUSİYA
Vladimir Putindən İran prezidentinə vacib zəng

"Mən Trampı inandırdım ki, hava hücumları Suriyanın kimyəvi silah istifadəsini məhdudlaşdıracaq. Suriyada kimyəvi silahdan istifadə edildiyinə dair dəlillərim var" — o vurğulayıb.

Makron Rusiyanı da Suriyaya dəstək verməklə cinayətə ortaq olmaqda ittiham edib: "Suriyada siyasi həll üçün Türkiyə və Rusiyanın da daxil olacağı bir müzakirə aparmaq istəyirik".

Ağ Ev də Makronun bəyanatının ardından açıqlama yayıb. Açıqlamada ABŞ-ın Suriyadakı planının dəyişmədiyi qeyd olunub. Ağ Ev sözçüsü Sarah Sanders bildirib ki, Tramp ABŞ hərbçilərini ən qısa müddətdə vətənə qaytarmaq məsələsində qərarlıdır.

"Bunun üçün öncə İŞİD-i tamamilə məhv etmək lazımdır. İŞİD-in yenidən ortaya çıxmasını əngəlləyəcək şərait yaradılmalıdır" — Sanders vurğulayıb.

Qeyd edək ki, ötən həftənin sonunda ABŞ, Böyük Britaniya və Fransa birlikdə Suriyaya hava zərbələri endirib. Zərbələrin Suryanın kimyəvi silah anbarlarına endirildiyi bildirilib. Rusiya və İran hadisəni təcavüz aktı kimi dəyərləndirsə də, Türkiyə baş verənlərdən məmnun olduğunu bəyan edib.

Xəbər lenti
0