Azərbaycanın müdafiə naziri ordunun şəxsi heyətini təbrik edib

Abunə olmaq
Nazir Azərbaycan ordusunun şəxsi heyətinin seçkilərin səsverməsi prosesində böyük ruh yüksəkliyi ilə iştirak etdiyini bildirib

Bakı, 12 aprel — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 11-də keçirilən Prezident seçkilərinin uğurla başa çatması və İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə ordunun şəxsi heyətini təbrik edib. Sputnik Azərbaycan-a bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, general-polkovnik Zakir Həsənov Azərbaycan ordusunun şəxsi heyətinin seçkilərin səsverməsi prosesində böyük ruh yüksəkliyi ilə iştirak etdiyini, ölkəmizin təhlükəsizliyi və demokratik inkişafı naminə doğru seçim edərək ən layiqli namizədə səs verdiyini bildirib.

Müdafiə naziri bir daha əmin edib ki, Azərbaycan ordusunun şəxsi heyəti Vətənimizin keşiyində ayıq-sayıq dayanıb, torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinin icrasına hazırdır və qadirdir.

Xəbər lenti
0