Bu gün Azərbaycanda 25 məsələ həllini tapmalıdır

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Parlamentin plenar iclasının gündəliyinə 25 məsələ daxil edilib

BAKI, 3 aprel — Sputnik. Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 25 məsələ daxil edilib.

İlk olaraq "Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Sazişlərin təsdiq edilməsi məsələsinə baxılacaq.

Здание парламента Азербайджана - Sputnik Azərbaycan
Milli Məclis tarixində bir ilk baş verdi

Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnama"də dəyişikliklər müzakirə ediləcək.

"Gəmiçilik sahəsində xidmətlərə görə" medalın və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliklərə baxılacaq.

"Hidrometeorologiya fəaliyyəti haqqında", "Banklar haqqında", "Kredit büroları haqqında", "Bank olmayan kredit təşkilatlar haqqında", "Valyuta tənzimi haqqında" qanunlara dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında", "Yerin təki haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "İcra haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Tibbi sığorta haqqında", "Fərdi məlumatlar haqqında" qanunlara dəyişikliklərə baxılacaq.

Mülki, Ticarət Gəmiçiliyi, Şəhərsalma və Tikinti, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirə ediləcək. "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" yeni qanun layihəsinə baxılacaq. İclasda "Peşə təhsili haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0