Füzulidə dəhşətli qəza: İki gənc öldü, ikisi isə ağır yaralıdır

© Photo : APAFüzulidə avtomobil qəzası
Füzulidə avtomobil qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Füzuli rayonunun Zobuçuq qəsəbəsində iki nəfərin ölümü və iki nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKI, 2 aprel — Sputnik. Füzuli rayonunun Zobuçuq qəsəbəsində iki nəfərin ölümü və iki nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, "Qayıdış-5" qəsəbə sakini 2002-ci il təvəllüdlü Dadaşzadə Yusif Seymur oğlu idarə etdiyi "Mercedes" markalı 99 DA 994 qeydiyyat nömrə nişanlı avtomobili yuksək hərəkətlə idarə edərkən, idarə etməni itirərək yol kənarına düşüb. Aşan maşın daha sonra yanıb. Qəzada sürücü Y.Dadaşzadə və 2002-ci il təvəllüdlü Rüstəmov Rəşad Rəhim oğlu həyatını itirib.

Avtomobildəki digər sərnişinlər — 2002-ci il təvəllüdlü Quluzadə Nicat Səxavət oğlu və 2003-cü il təvəllüdlü Abdullayev Elçin İsmayıl oğlu yaralı vəziyyətdə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti
0