Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan cəmiyyəti hakimiyyətdən nə dərəcədə razıdır - Amerikalılar araşdırdılar

© Photo : APAABŞ-ın "AJF & Associates, İnc." təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll" öncəsi sorğunun nəticələrini açıqlayıb
ABŞ-ın AJF & Associates, İnc. təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası exit-poll öncəsi sorğunun nəticələrini açıqlayıb - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Rəyi soruşulanların 82,9%-i mövcud hakimiyyətin fəaliyyətindən razı olduğunu qeyd edib

BAKI, 28 mart — Sputnik. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF & Associates" təşkilatı ilə birgə, 11 aprel 2018-ci il prezident seçkiləri zamanı keçiriləcək exit-poll öncəsi sosioloji rəy sorğusunun nəticələrini təqdim edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, sorğunun nəticələrini açıqlayan "AJF & Associates" təşkilatının sədri Corc Braun bildirib ki, sorğu Azərbaycanın müxtəlif bölgələrində keçirilib.

İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyevin reytinqi açıqlandı

"Sorğuda 1500 nəfər iştirak edib. Sorğuda əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi, ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət, siyasi fəallıq səviyyəsi öyrənilib. Rəyi soruşulanların 82,9%-i mövcud hakimiyyətin fəaliyyətindən razı olduğunu qeyd edib" — deyə C.Braun bildirib.

Onun sözlərinə görə, hazırkı prezident İlham Əliyevin fəaliyyətinə münasibətlə bağlı ictimai rəyin öyrənilməsinə yönəlmiş exit-pollun nəticəsi onu deməyə əsas verir ki, əhali İlham Əliyevin fəaliyyətinə inanır və seçkilərə hazırlıq həm hakimiyyət, həm də əhali tərəfindən qənaətbəxşdir.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала