Qadınların həyatını kabusa çevirən problem

Abunə olmaq
Bu hormonlar qadın orqanizmində gedən bir çox proseslərə təsir edir

BAKI, 23 mart — Sputnik. Cinsi həyat insan həyatının təbii və ayrılmaz hissəsidir. Normal cinsi həyat insanın sağlamlığında böyük rol oynayır.

Lakin bəzi problemlər var ki, onlar qadınların normal cinsi həyatına mane olur, onu hətta mümkünsüz edir. Uşaqlıq yolunun (vaginanın) quruluğu bu problemlərdən biridir.

Adam Körkeyl - Sputnik Azərbaycan
Xəstəlik onun həyatını tamam dəyişdi, indi tanımaq olmur

Uşaqlıq yolunun divarlarında olan vəzlər daim az miqdarda selik ifraz edir. Bu selik uşaqlıq yolunun nəmliyini təmin edir. Cinsi əlaqə zamanı seliyin ifrazı artır ki, bu da cinsi aktı daha rahat və ağrısız edir. Müxtəlif səbəblərə görə uşaqlıq yolunun nəmliyini təmin edən vəzlərin fəaliyyəti pozula bilər ki, bu da uşaqlıq yolunun quruluğuna və nəticədə cinsi əlaqə zamanı ağrılara, hətta kiçik qanaxmalara səbəb ola bilər.

Sputnik Azərbaycan Saglamolun.az-a istinadən xəbər verir ki, əksər hallarda uşaqlıq yolunun quruluğunun səbəbi menopauza ilə bağlı olan estrogen hormonların səviyyəsinin azalmasıdır. Bu hormonlar qadın orqanizmində gedən bir çox proseslərə təsir edir.

Digər səbəblər arasında bəzi preparatların qəbuludur. Bu preparatlar arasında: arterial təzyiqi normallaşdıran preparatlar, atropin, allergiya əleyhinə preparatlar, antidepressantlar, hamiləlik əleyhinə dərmanlar və s. 

Əsnəyən qız, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Əsnəmək xəstəlik əlaməti ola bilər

Qadın uşaqlıq yolunun daxilini yuyursa, bu məqsədlə sabun, duş geli və s. kimi vasitələrdən istifadə edirsə, bu da quruluğa səbəb olur. Vagina özü özünü təmizləyən orqandır və onun daxilini yumaq nəinki mənasızdır, hətta çox ziyanlıdır.

Siqaret çəkən qadınlar tez-tez bu problemlə üzləşir.

Uşaqlıq yolunun quruluğunun digər səbəbləri arasında:

- stress və depressiya,

- immun pozulmaları,

- sidik-cinsiyyət sistemi infeksiyaları,

- uşaqlıq yolunun iltihabı (vaginit) və s.

Российские медики разработали вакцину против лихорадки Эбола - Sputnik Azərbaycan
Yeni ölümcül xəstəlik yayılır: Vaksini yoxdur

Səbəbdən asılı olaraq uşaqlıq yolunun quruluğunun müalicəsi müxtəlif ola bilər.

Bunun səbəbi estrogen hormonlarının çatışmazlığı ilə bağlıdırsa, həkim hormonal preparatlar (həblər) təyin edə bilər. Bu preparatların yerli formaları (kremlər, xüsusi halqalar) da mövcuddur.

Cinsi aktı daha ağrısız və rahat etmək üçün xüsusi sürtgülər, lubrikantlardan istifadə oluna bilər.    

Xəbər lenti
0