BAKI, 16 mart — Sputnik. Azərbaycan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Real TV"-yə müsahibə verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Ə.Həsənov müsahibəsində bildirib ki, Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələrin təsiri altına düşərək ölkəmiz əleyhinə çıxan savadsız soydaşlarımızla bağlı xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət edilib.
Onun sözlərinə görə, rəqib dövlətlər anti-Azərbaycan qüvvələrə dəstək olurlar: "Beynəlxalq aləmdə Azərbaycanın siyasətini tənqid edən opponentlər, Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələr var. Onlar savadsız soydaşlarımızı da öz maraqlarına alət edirlər".