Afrin əməliyyatının "Qüds" məsələsi ilə əlaqəsi nədir?

© REUTERS / Khalil AshawiAfrində döyüşçülər
Afrində döyüşçülər - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbirdə iştirak edən "ATLAS" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyilən fikrə diqqət çəkərək, belə bir planın mümkün ola biləcəyini söyləyib

BAKI, 10 mart — Sputnik. "Amerika Afrin əməliyyatına görə Türkiyəni nə qədər tənqid eləsə də, ola bilsin ki, bu əməliyyatda marağı var. Çünki Türkiyənin başı Suriyaya qarışdığı üçün istər-istəməz Qüds məsələsi bir az arxa planda qalır". Bu sözləri Sputnik Azərbaycan-ın təşkil etdiyi "Türkiyənin Afrin əməliyyatı" adlı dəyirmi masada gənc politoloq Turan Rzayev deyib.

"ABŞ-Türkiyə gərginliyinin arxasında başqa bir niyyətin olduğunu düşünürəm. Zənnimcə Türkiyənin Afrin əməliyyatı, yaxud da Menbiçə planlaşdırdığı əməliyyat Amerikaya sərf edir. ABŞ bu məsələdə özünü etirazçı kimi göstərsə də. əslində elə deyil. Ağ Ev Türkiyəni nə qədər tənqid eləsə də, ola bilsin ki, bu əməliyyatda marağı olub. Türkiyənin başı Suriyaya qarışdığı üçün istər-istəməz Qüds məsələsi bir az arxa planda qalır. Fikir verirsizsə Vaşinqton Qüdslə bağlı qəti addımları türklərin başı PYD-yə qarışan zaman atdı" — Rzayev qeyd edib.

Tədbirdə iştirak edən "ATLAS" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyilən fikrə diqqət çəkərək, belə bir planın mümkün ola biləcəyini söyləyib. Şahinoölu daha bir məqama da diqqət çəkib. O, Amerikanın separatçı kürdləri silahlandırmasında əsas hədəfin Türkiyə yox İran ola biləcəyini iddia edib.

"ABŞ Suriyadakı terror qruplaşmalarını silahlandıraraq, onları maliyyələşdirərək hədəfə Türkiyəni qoymur. Onlar güclü Türkiyə görmək istəməsələr də, bu qərarın onlara qarşı yönəldildiyini iddia etmək olmaz: "ABŞ "kürd ordusu"nu İrana qarşı qoymağa çalışır" — politoloq deyib.

Xəbər lenti
0