BMT konvoyu insanlıq dramı yaşayan Şərqi Qutaya girdi

© REUTERS / Bassam KhabiehBMT konvoyu Şərqi Qutada, 5 mart 2018-ci il
BMT konvoyu Şərqi Qutada, 5 mart 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Rus ordusu müxaliflərlə razılıq əldə olunduğunu, mülki şəxslərin bölgəni tərk etməsi əvəzində humanitar yardımların Qutaya çatdırılacağını bildirib

BAKI, 6 mart — Sputnik. Suriyada Əsəd rejimi tərəfindən mühasirədə saxlanılan Şərqi Quta rayonuna humanitar yardımların çatdırılması ilə bağlı razılıq əldə olunub.

Sputnik xəbər verir ki, məlumatı Rusiya Silahlı Qüvvələrinin ərazidəki hərbi komandanlığı yayıb.

Ruslar müxaliflərlə razılıq əldə olunduğunu, mülki şəxslərin bölgəni tərk etməsi əvəzində humanitar yardımların Qutaya çatdırılacağını bildirib.

Artıq BMT-yə məxsus yardım konvoylarının rejimin nəzarətindəki postları keçərək Şərqi Qutaya girdiyi qeyd olunur.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəs elan etməsindən sonra Rusiya hər gün saat 9:00-dan 14:00-dək atəşkəsə riayət olunacağını açıqlamış, mülki şəxslərin bölgədən çıxa bilməsi üçün koridorlar yaratmışdı.

Xəbər lenti
0