Ölkədə mühüm dəyişikliklər müzakirəyə çıxarıldı

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Milli Məclisinin binası
Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
İclasın gündəliyinə 24 məsələ daxil edilib

BAKI, 6 mart — Sputnik. Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 24 məsələ daxil edilib. İlk olaraq Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya"sına qoşulmaq haqqında qanun layihəsinə baxılacaq.

Milli Məclis - Sputnik Azərbaycan
Milli Məclis prezidentin təklifini qəbul etdi

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununda dəyişiklik müzakirə ediləcək.

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliyə baxılacaq.

"Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Dövlət qulluğu haqqında", "Yaşayış minimumu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Sosial müavinətlər haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"Yaşıllıqların mühafizəsi haqqında", "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət rüsumu haqqında" qanunlarda, Seçki, Şəhərsalma və Tikinti, İnzibati Xətalar, Cinayət, Ticarət Gəmiçiliyi məcəllələrində dəyişikliklər müzakirə ediləcək.

"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinə ikinci oxunuşda baxılacaq.

İclasda "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0