BAKI, 28 fevral — Sputnik. Göyçay rayonunda zəlzələ baş verib.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, yeraltı təkanlar təqribən 23:04 radələrində rayon ərazisində hiss olunub.
İlkin ehtimala görə, zəlzələ 3 maqnituda gücündə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, 4,3 maqnituda gücündə yeraltı təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:03-də Xınalıqdan 17 km şimal-şərqdə Quba rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin ocağı yerin 36 km. dərinliyində olub.