CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəxsiyyət vəsiqələri ilə bağlı dəyişiklik edilir

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsinin alınmasına və dəyişdirilməsinə görə dövlət rüsumu tətbiq olunacaq

BAKI, 23 fevral — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu dəyişiklik 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən (15 yaşı tamam olmuş) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunmasını nəzərdə tutur. 

Azərbaycan Respublikası vətəndaşının pasportu - Sputnik Azərbaycan
Pasport və şəxsiyyət vəsiqənizi itirməyin: Rüsumlar artdı...

Dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsaiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat müəyyən edilib. 

Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 10 gün müddətində olduqda 5 manat, 3 iş günü müddətində edildikdə 25 manat, 1 iş günü həyata keçirildikdə 35 manatdır.

Mövcud qanunun 15-ci maddəsinə əsasən, 16 yaşına çatmamış Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0