Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 22 fevral — Sputnik. Lənkəranda naməlum kişi meyiti tapılıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə polisə yerli sakinlər məlumat veriblər.
Meyiti şəhərin Şəhidlər Xiyabanı ərazisində aşkarlanan kişinin 50-55 yaşlarında olduğu təxmin edilir. Meyit aidiyyatı üzrə müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.