Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hüseynov: “Atılan addımlar banklara inamı artırır”

© Photo : REPORTMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyir ki, bu, bank və maliyyə sistemindəki sağlamlaşma proseslərinin nəticəsidir

Aydın Hüseynov: “Manatın qorunma ehtimalı daha yüksəkdir”
“Son vaxtlar manatla əmanətlərin saxlanmasına daha çox üstünlük verildiyi müşahidə edilir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

“Artıq xeyli müddətdir manatın məzənnəsi stabilləşib. Bu da banklarda aparılan islahatların, bank və maliyyə sistemindəki sağlamlaşma proseslərinin, digər tərəfdən struktur, qanunvericilikdə dəyişikliklərin nəticəsidir. Dövlət tərəfindən atılan addımlar banklara olan inamı artırır. Öz növbəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir və bizim valyuta ehtiyatlarımız artıb. Yəni manatın qorunma ehtimalı daha yüksəkdir”, — deyə o bildirib.

Qeyd edək ki, noyabr ayı ərzində fiziki şəxslərin depozitləri 90 milyon manat, yaxud 1,2% artaraq 1 dekabr 2017-ci il tarixində 7,37 milyard manata çatıb. Diqqətəlayiq haldır ki, bu proses manat əmanətlərinin artımı fonunda baş verir. 

Xəbər lenti
0