Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sürücülər arasında narazılıq - VİDEO

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidSükan arxasında siqaret çəkən sürücü, arxiv şəkli
Sükan arxasında siqaret çəkən sürücü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yol hərəkət qaydasını pozan sürücü kameralara düşdü

BAKI, 2 fevral — Sputnik. Yanvarın 30-da paytaxtın Mikayıl Müşviq küçəsində yerləşən dairədə hərəkət edən sürücü, həmin dairədən çıxıb Mətbuat prospekti istiqamətinə gedən zaman digər istiqamətdən gələn sürücünün əsassız etirazı ilə rastlaşıb.

Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, sürücü dairənin sağ zolağına yerdəyişmə edən zaman sağ tərəfdən dairəyə yaxınlaşan 10-PB-014 qeydiyyat nişanlı "BMW"markalı avtomobilin sürücüsü səs siqanlı ilə öz narazıçılığını bildirib. Halbuki, burada qayda pozan "BMW"-nin sürücüsüdür.

Amma buna baxmayaraq, o, özünü günahkar hiss etmir və səs siqnalı verib üstünlüyə malik olan sürücünü haqsız hesab edir. O, dairədə hərəkət edən avtomobillərə yol verdikdən sonra həmin dairəyə daxil ola bilərdi. Lakin videoda aşkar şəkildə görünür ki, "BMW"-nin sürücüsü qismən dairəyə daxil olub.

Xəbər lenti
0