BAKI, 1 fevral — Sputnik. Bakıda sürücü yol polisinin üstünə silah çəkib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Yol hərəkəti qaydalarını pozduğuna görə, "Volkswagen" markalı, "90 UU 793" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb. T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq, avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gəlib və buraxılmasını tələb edib.
Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb. Faktla bağlı cinayət işi başlanılıb, sürücünün axtarışları davam etdirilir.