BAKI, 30 yanvar — Sputnik. İnternetdə tasın içində dayanıb krandan axan su ilə yuyunan siçovulun videosu yayılıb.
Roliki Peru vətəndaşı Xose Korreanın çəkdiyi güman edilir. Korrea Metro saytına bildirib ki, çimmək istəyəndə tasın içindəki gəmiricini görüb. Siçovul üzərindəki sabunu yuyurmuş.
"Siçovul özünü insan kimi aparırdı. Heç vaxt buna bənzər bir şey görməmişəm. Bütün hadisə 30 saniyə davam elədi, sonra o qaçdı. Məncə, o yaxşıca yuyunmaq istəyirdi", — Korrea bildirib.