Ramil Osmanlı: “Avtomobilləşmənin qarşısının alınması düzgün deyil”
“Avtomobil bazarı ilə bağlı qəbul edilən qərarlar bu sahəyə müsbət və mənfi təsirlərini göstərir”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində təşkil edilmiş tədbirdə Daşınmaz Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
“2016-cı ildə Azərbaycana avtomobil idxalı əvvəlki illərlə müqayisədə 6 dəfə aşağı düşüb. Ona görə də Azərbaycanda istehsal edilməyən məhsulların idxalına aksiz vergisinin və gömrük rüsumunun bu qədər artırılmasına ehtiyac yoxdur. Bu qərarlar Azərbaycanda avtomobilləşmənin qarşısının alınmasına xidmət edir” — deyə o bildirib.