Böyük Britaniya bir ilkə imza atdı: Yeni qurum yaradıldı

© Sputnik / Aleksey Vitvitsky / Mediabanka keçidПремьер-министр Великобритании Тереза Мэй, фото из архива
Премьер-министр Великобритании Тереза Мэй, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Britaniya “Qızıl Xaç” Cəmiyyətinin məlumatına əsasən, 65,6 milyonluq ölkə əhalisinin 9 milyondan çoxu qismən və ya daima tənha yaşayır

BAKI, 18 yanvar — Sputnik. Britaniyanın baş naziri Tereza Mey Tənhalıq üzrə Nazirlik yaradıb.

"Report" xəbər verir ki, bu vəzifəyə Britaniya parlamentinin idman və vətəndaş cəmiyyəti üzrə nazirinin müavini Treysi Krauç təyin edilib.

“Müasir həyatda çoxlu sayda tənha insanın olması kədərli reallıqdır. Cəmiyyətimiz və hamımızın xatirinə mən bu problemlə mübarizə aparmaq, yaşlı insanlara tənhalığı unutdurmaq, başqa sözlə, yaxınlarını, himayədarlarını itirən, danışıb dərdləşmək, öz fikrini və təcrübəsini bölüşmək üçün adam tapmayanlara yardım etmək istəyirəm”, — Tereza Mey vurğulayıb.

Britaniya “Qızıl Xaç” Cəmiyyətinin məlumatına əsasən, 65,6 milyonluq ölkə əhalisinin 9 milyondan çoxu qismən və ya daima tənha yaşayır. Cəmiyyət bunu “qapalı epidemiya” halı adlandırır. 

Xəbər lenti
0