Təəccüblənməyin: Təcavüzə qarşı tuman yaradıldı

© Photo : CNN TürkTəcavüzə qarşı alt paltarı
Təcavüzə qarşı alt paltarı - Sputnik Azərbaycan
Abunə olmaq
Güllə keçirməyən və bıçaqla kəsilməsi mümkün olmayan materialdan hazırlanan anti-təcavüz tumanı onu geyinən qadın tərəfindən xüsusi kodla bağlanır

BAKI, 17 yanvar — Sputnik. Hindistanın Uttar Pradeş əyalətinin Farukabad kəndində yaşayan kasıb bir qız icadi ilə Hindistanda gündəmə gəlib. Sinu Kumari adlı gənc qız təcavüzə qarşı alt paltarı icad edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət pul yığan qız əldə etdiyi lazımı ləvazimatlarla yeni icad edib. Bu icad sayəsində tez-tez təcavüzə məruz qalan qadınlara ümid verib. O, ləvazimatlara təxminən 125 manat pul xərcləyib.

Güllə keçirməyən və bıçaqla kəsilməsi mümkün olmayan materialdan hazırlanan anti-təcavüz tumanı onu geyinən qadın tərəfindən xüsusi kodla bağlanır.

Qızın hazırladığı alt paltarının üstündə kamera da var. Əgər qadına təcavüz etmək istəsələr, qadın düyməni basaraq polisə birbaşa zəng edə bilir. Polis kəmərdə olan GPS vasitəsi ilə qadının olduğu yeri müəyyənləşdirib, ona tez bir zamanda kömək etmək imkanı əldə edir. Eyni zamanda, kəmərin üzərində olan kamera təcavüz edənin üzünü çəkib birbaşa polisə göndərə bilir. Beləliklə, cinayətkar etdiyi əmələ görə cəza alır.

Xəbər lenti
0