BAKI, 16 yanvar — Sputnik. 1979-cu il yanvarın 16-da həyati təhlükə ilə üzləşən sonuncu şah Məhəmməd Rza Pəhləvi və ailəsi İranı tərk edib. Əvvəlcə Misirə pənah aparan şah və ailəsi sonra Mərakeşə, Baham adalarına və Meksikaya üz tutub.
Lakin şahın səhhətində yaranan problemlər onları Amerikaya getməyə məcbur edib. Rza Pəhləvi qan xərçəngindən əziyyət çəkirdi.
Amerikaya gedişi ilə iki ölkə arasında siyasi böhran yaradan şah sonda çarəsiz şəkildə Misirə qayıdıb. 1980-ci il iyulunda o, Misirdə vəfat edib.