ELM

Tələbələr smartfon asılılığından əziyyət çəkir

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil zamanı mobil telefondan az istifadə edən tələbələrin keçid balı ən azı 69% təşkil edir, halbuki smartfon asılılığından əziyyət çəkən tələbələrdə bu göstərici 61% və daha aşağıdır

BAKI, 13 yanvar — Sputnik. Daim smartfondan istifadə edən belçikalı tələbələrin bilik səviyyəsi mobil telefondan asılılığı olmayanlarla müqayisədə aşağıdır.

Sputnik Azərbaycan Fins-ə istinadla xəbər verir ki, bu haqda Antverpen və Gent universitetlərinin araşdırmasına istinadən yerli VRT telekanalı məlumat verib.

"Araşdırma nəticəsində məlum olub ki, daima smartfondan istifadə edən tələbələrin bilik səviyyəsi öz qurğusundan yalnız ehtiyac olduqda istifadə edənlərlə müqayisədə aşağıdır" — telekanal sitat gətirib.

Mobil telefon, arxiv şəkli - Sputnik Azərbaycan
Smartfon sahiblərinə xəbərdarlıq: təhlükəli virus...

Məlumata görə, orta statistik tələbə dərs zamanı öz telefonunu 3-5 dəfə və ya hər saatda ən azı iki dəfə yoxlayır. "Biz smartfon asılılığı və tələbələrin təhsili arasında dəqiq əlaqə aşkar etmişik. Məsələn, təhsil zamanı mobil telefondan az istifadə edən tələbələrin keçid balı ən azı 69% təşkil edir, halbuki smartfon asılılığından əziyyət çəkən tələbələrdə bu göstərici 61% və daha aşağıdır" — mütəxəssislər bildiriblər.

Bununla belə Antverpen və Gent universitetlərinin alimləri təhsil zamanı smartfonlardan istifadənin üstünlüklərini də qeyd ediblər. Məsələn, tələbələr smartfonların köməyilə informasiya toplaya və qrupda kollektiv şəklində işləyə bilərlər. Ancaq araşdırma müəllifləri xüsusilə imtahanlar dövründə mobil telefonlardan az istifadə etməyi tövsiyə edirlər, çünki tələbələr təhsilə lazımınca diqqət ayıra bilmirlər. Bundan başqa, alimlər cihazların insan yuxusuna mənfi təsiri haqda xəbərdarlıq ediblər.

Xəbər lenti
0