BAKI, 12 yanvar — Sputnik. Almaniyanın “Borussiya” Dortmund futbol komandasının futbolçuları yedikləri yeməkdən zəhərləniblər. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, zəhərlənənlər arasında iki türk futbolçusu Nuri Şahin və Ömər Toprak da olub.
İddiaya görə, idmançılar İspaniyanın Marbella şəhərində təlim məşq toplanışı zamanı yedikləri toyuq dönərindən zəhərləniblər. Səhhətləri pisləşən futbolçular xəstəxanaya aparılıb və tibbi yardım göstərilib.
Bununla yanaşı, oyunçuların yanvarın 14-də “Volfsburq”la keçiriləcək matça yetişəcəkləri bildirilir.