Porno ulduzların əcəli gəlib

Xəbərlərə abunə olun
НовостиTelegram
Ən son Oliviya Nova müammalı şəkildə həyatını itirib

BAKI, 11 yanvar — Sputnik. ABŞ-ın Minnesota şəhərində yaşayan 20 yaşlı model, aktrisa, porno ulduz Oliviya Nova müammalı şəkildə ölüb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, gənc qız ölümündən öncə tək səyahətə çıxıbmış.

Onun əməkdaşlıq etdiyi "La Direct Models" agentliyi hadisənin səbəbləri barədə heç bir məlumata malik olmadıqlarını açıqlayıb. "Ən yaxşı modellərimizdən birini itirdiyimiz üçün təəssüf edirik" — deyə agentlikdən bildirilib.

Qeyd edək ki, keçən ilin mart ayında porno filmlərə çəkilməyə başlayan aktrisa Novanın sevgilisi iyun ayında intihar etmişdi. Ümumiyyətlə, son aylarda ABŞ-da son aylar ərzində bir neçə porno ulduz həyatını itirib. Hətta ötən ilin dekabrında iki porno ulduz — 25 yaşlı Aqust Ames və 35 yaşlı Şyula Stylez ölüb.

Xəbər lenti
0