CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəhayət ki, bu yol da istifadəyə verildi

© Photo : Azəravtoyol mətbuat xidmətiZirə-Türkan avtomobil yolu
Zirə-Türkan avtomobil yolu - Sputnik Azərbaycan
Abunə olmaq
Təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılıb

BAKI, 29 dekabr — Sputnik. Suraxanı rayonunda 2.7 km avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Bağlanmış yol, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxt sakinlərinin nəzərinə: Yol bağlıdır, geri qaytarılacaqsınız

O bildirib ki, Suraxanı rayonunun Zığ — Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işləri də tam olaraq yekunlaşdırılıb. Təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 metrə çatdırılıb. Yolun hərəkət hissəsinin eni 9 metr təşkil edir.

"Sözügedən yol uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış, dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı. Artıq bu problem tam olaraq aradan qaldırılıb. Aparılan işlər zamanı köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılıb. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb".

Nəcəfli qeyd edib ki, daha sonra 2 qat olmaqla yolun 30 min m2-ə yaxın sahəsinə yeni asfalt-beton örtük döşənib. Sözügedən yolda asfalt-beton örtüyünün aşınma layının tikintisində istifadə olunan bituma xüsusi adgeziya qatqısı əlavə olunub. Sözügedən maddə səth sularının asfalt-beton örtüyə daxil olmasının qarşısını almaqla asfalt örtüyünün keyfiyyətini yaxşılaşdırır və uzun ömürlülüyünü artırır.

Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu 1.5 km-lik hissədə hər iki istiqamət üzrə 1.5 metr enində yeni piyada səkiləri tikilib, kənarlarına 6.7 min p/metr yeni səki daşı düzülüb.

Движение транспорта на улице Рашида Бехбудова в Баку, фото из архива - Sputnik Azərbaycan
Bakıda üzücü tıxacdan qurtuluş yolu tapıldı

"Səth sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə xüsusi quyular tikilərək 10 ədəd yağış barmaqlıqları və 10 nöqtədə 250 mm diametrli drenaj borular, həmçinin qrunt sularının ötürülməsi üçün 6 ədəd suötürücü boru quraşdırılıb. Bundan başqa gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 9 yerdə ehtiyat keçidlər qoyulub" – deyə mətbuat katibi qeyd edib.

Layihə çərçivəsində avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 8 yerdə xüsusi "cib"li dayanacaq hissələr yaradılıb. Bütün işlər tərtib olunmuş qrafikə uyğun "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

Qeyd edək ki, ötən il Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Ümumilikdə sözügedən avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.

Xəbər lenti
0