Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Həyatımız bu qədər ucuzlaşıb

CC0 / Republica / killTovuzda qətl hadisəsi
Tovuzda qətl hadisəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəni törədən şəxs saxlanılıb

BAKI, 25 dekabr — Sputnik. Ağdaşda qoyun üstündə adam öldürüblər. Sputnik Azərbaycan Qafqazinfo-ya istinadla xəbər verir ki, dünən axşam saatlarında Aşağı Zeynəddin kənd sakini Dursun Mığımov 1966-cı il təvəllüdlü Baxşəli Əliyevi dəyənəklə vuraraq öldürüb.

Hadisənin baş verməsinə səbəb isə qətlə yetirilən şəxsin torpağında D.Mığımovun qoyun otarması olub. Belə ki, B.Əliyev D.Mığımova onun torpağında qoyun oturmamasını deyib. Bu zaman Mığımov əsəbiləşərək onun başına bir neçə yerdən dəyənəklə zərbə vurub.

Əliyev xəstəxanaya çatdırılsa da, başına vurulan ağır zərbədən vəfat edib. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət işi açılıb.

Qeyd edək ki, B.Əliyev D.Mığımovun qızının qaynıdır.

Xəbər lenti
0