Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Türkiyə futbolunda gözlənilən oldu

© AFP 2023 / STRINGERFatih Terim
Fatih Terim - Sputnik Azərbaycan
Abunə olmaq
Fatih Terim daha öncə 1996-2000, 2002-2004 və 2011-2013-cü illər aralığında "Galatasaray"ın baş məşqçisi kimi çalışıb

BAKI, 22 dekabr — Sputnik. Bir neçə gün əvvəl xorvat baş məşqçi İqor Tudorla yollarını ayıran Türkiyənin “Galatasaray” klubunu yenidən Fatih Terim çalışdıracaq. Sputnik Türkiyə xəbər verir ki, İstanbul nəhəngi Terimlə danışıqlara başladıqlarına dair rəsmi açıqlama yayıb. Yaxın günlərdə tərəflərin rəsmi müqaviləyə imza atacağı gözlənilir.

İmperator ləqəbli təcrübəli məşqçi özü də sosial şəbəkədəki hesabından maraqlı paylaşım edib. O, “Galatasaray”ı işarələyərək “harda qalmışdıq?” sözlərini yazıb. İstanbul klubu isə Terimin qayıdışını “Twitter”də “Galatasaray”lı Fatih Terim yuvasına dönmüşdür!” sözləri ilə azarkeşlərə eşitdirib.

Qeyd edək ki, 64 yaşlı mütəxəssis daha öncə 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə "Galatasaray"ın baş məşqçisi kimi çalışıb. “İmperator”un son iş yeri isə bir neçə ay öncə ayrıldığı Türkiyə millisi olub.

Xəbər lenti
0