CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəb müəlliminin diskində 19 min porno şəkil və video aşkarlandı

© AP Photo / Nell RedmondКомпакт-диск
Компакт-диск - Sputnik Azərbaycan
Abunə olmaq
Polis 31 illik iş təcrübəsi olan müəllimi FETÖ-yə üzvlükdən yox, yetkinlik yaşına çatmamış azyaşlıların görüntülərini üzərində saxlamaq və yaymaq səbəbilə yenidən həbs edib

BAKI, 13 dekabr — Sputnik. 2016-cı ilin avqustunda FETÖ terror təşkilatına üzvlükdə şübhəli bilinərək Adana şəhərində həbs edilən 5 uşaq atası müəllim Necdət A.-ya aid diskdə 4000-ə yaxın porno film və 19000 uşaq pornoqrafiyası aşkarlanıb.

Sputnik Türkiyə xəbər verir ki, həbs olunarkən üzərində 400 ədəd CD, porno jurnal, 500 GB yaddaşlı disk və Fətullah Gülənə aid kitablar ələ keçən N.A. məhkəməyə ifadəsində Gülənlə bağlı kitabların özünə aid olmadığını söyləyərək şərti azadlığa buraxılmışdı.

Bu müddət ərzində CD-lərin içərisini araşdıran Adana polisi həmin disklərdə uşaq pornosunu əks etdirən 19000 ədəd foto şəkil aşkar edib. Polis bu dəfə 31 illik iş təcrübəsi olan müəllimi FETÖ-yə üzvlükdən yox, yetkinlik yaşına çatmamış azyaşlıların görüntülərini üzərində saxlamaq və yaymaq səbəbilə yenidən həbs edib.

Xəbər lenti
0