SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğandan Tramp əleyhinə sərt açıqlama

© REUTERS / Umit BektasTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrın 5-də ABŞ prezidenti Donald Tramp ilahi dinlər, xüsusilə müsəlmanlar üçün müqəddəs şəhər olan Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını açıqlayıb

BAKI, 12 dekabr — Sputnik. "Qüdsdəki qarşıdurmalar səbəbilə, dünyasını dəyişən fələstinlilərin qanı Donald Trampın əlinə bulaşdı". Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda təşkil edilən "Dünya İnsan Haqları Günü" konfransındakı çıxışı zamanı deyib.

"Bu gün Qüdsü özününküləşdirdiyini düşünənlər sabah arxasına gizlənmək üçün bir ağac belə tapa bilməyəcəklər. Amerika rəhbərliyi Qüdslə bağlı verdiyi qərarla o müqəddəs şəhərdə tökülən qana ortaq oldu. Biz o qərarı əsla tanımırıq və tanımayacağıq. Trampın söylədikləri nə bizi, nə Qüdsü, nə də ki İslam dünyasını əlaqələndirmir. Siz özünüz çalıb, özünüz oynayarsınız" — Ərdoğan qeyd edib.

Xatırladaq ki, dekabrın 5-də ABŞ prezidenti Donald Tramp ilahi dinlər, xüsusilə müsəlmanlar üçün müqəddəs şəhər olan Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını açıqlayıb. Tramp, həmçinin ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüləcəyini də söyləyib.

Xəbər lenti
0