Qardaşını samuray qılıncı ilə doğradı

© Photo : museum freakSamuray qılıncı
Samuray qılıncı - Sputnik Azərbaycan
Abunə olmaq
Baş rahib qardaşını öldürən şəxs, sonradan məbəddə işləyən digər işçilərə də hücum çəkib

BAKI, 8 dekabr — Sputnik. Yaponiyada bir nəfər öz rahib qardaşını samuray qılıncı ilə öldürüb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o, Tokioda məbəddə baş rahib olan qardaşını şəxsi münaqişə zəmnində qətlə yetirib.

Naqako Tomioka adlı baş rahib qardaşını öldürən şəxs sonradan məbəddə işləyən digər işçilərə də hücum çəkib. Xoşbəxtlikdən onu zərərsizləşdirmək mümkün olub.

Polislər hadisə yerindən bir ədəd samuray qılıncı və iki bıçaq tapıblar.

Xəbər lenti
0