Terrorçular Avropa dövlətinin liderini öldürmək istəyiblər

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən həftə London və Birminhemdə Meyin həyatına qəsd etmək ittihamı ilə iki nəfər saxlanılıb

BAKI, 6 dekabr — Sputnik. Böyük Britaniyanın MI5 əks-kəşfiyyat idarəsinin rəhbəri Endryu Parker təhlükəsizlik qüvvələrinin baş nazir Tereza Meyin həyatına sui-qəsdin qarşısını aldıqlarını bəyan edib. Sputnik Azərbaycan bu barədə Independent qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına əsasən, ötən həftə London və Birminhemdə Meyin həyatına qəsd etmək ittihamı ilə iki nəfər saxlanılıb. Bu şəxslərin islamçı olduqları qeyd olunur. Onlar baş nazirin iqamətgahı qarşısında bomba partladıb, sonra ona hücum etməli imişlər.

Xəbər lenti
0