BAKI, 1 dekabr — Sputnik. Milli Məclis "2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini təsdiqləyib.
Sputnik Azərbaycan xəbər verir ki, dövlət büdcəsinin gəlirləri ilkin proqnozla müqayisədə dəyişdirilməyərək 20,127 mlrd. manat, xərcləri isə ilkin proqnozla müqayisədə 141,3 mln. artırılaraq 21,047 mlrd. manata çatdırılıb.
Kəsir ilkin proqnozla müqayisədə 142 mln. manat artırılaraq 920 mln. manata çatdırılır. Büdcə kəsiri ÜDM-in 1,3%-nə bərabər olacaq.