Elnur Sadıqov: “Bankların fəaliyyəti müştəri bazasından asılıdır”
“2018-ci ildə Azərbaycan iqtisadiyyatını inkişaf tendensiyası daha yüksək hədlərə gəlib çatacaq”. Bunu 2018-ci ildə Azərbaycan bank sektorundan gözləntiləri Sputnik Azərbaycan-a şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyib.
“Gələn il iqtisadiyyatın inkişaf etməsi bank sektorunun canlanmasına və bank xidmətlərinin yeni növlərinin tətbiqi ilə yadda qalacaq. Təklif edərdik ki, Azərbaycanda kənd təsərrüfatına uyğun aqrar bank yaradılsın. Bankların fəaliyyəti müştəri bazasından asılıdır. MDB ölkələri ilə bank sahəsində əməkdaşlığı artırmaq lazımdır” — deyə o bildirib.