Bəzi rayonlarda qar və şaxta gözlənilir

© Sputnik / Ilham AhmadovQəbələyə yağan qar
Qəbələyə yağan qar - Sputnik Azərbaycan
Abunə olmaq
Sabaha gözlənilən hava proqnozu açıqlanıb

BAKI, 29 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 30-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal küləyi əsəcək.

Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
Vətəndaşlar üçün hava proqnozu

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 30-da bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0