Azad İsazadə: “Bu prosesin arxasında görünməyən problemlər var”
Səudiyyədə sünni ölkələrin hərbi koalisiyası qurulub. Əsasən sünnilər olmaqla, 41 ölkənin qoşulduğu koalisiyanın rəsmi bəyanatında bildirilib ki, üzv ölkələr qlobal terrorizm və zorakı ekstremizmlə mübarizədə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.
Hərbi ekspert Azad İsazadə Sputnik Azərbaycan-a deyir ki, belə bir koalisiyanın yaradılması yaxşı ideyadır: “Bu gün dünyada bəzi müsəlman ölkələrində terrorizmin inkişafı prosesi gedir. Ancaq bu prosesin arxasında görünməyən problemlər də var”.