QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyevdən vacib Qarabağ bəyanatı

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edir
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edir - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı: “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır”

BAKI, 25 noyabr — Sputnik. “Bizim üzləşdiyimiz əsas çağırış torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin, demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və biz etnik təmizləmə siyasətinə məruz qalmışıq”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxışı zamanı deyib.

“BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının bizim ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Onlar Ermənistan tərəfindən yerinə yetirilmir. XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır” — deyə, dövlət başçısı vurğulayıb.

Xəbər lenti
0