Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Baş köçürmə əməliyyatı yalan çıxdı

© awo.kzcərrahi əməliyyat
cərrahi əməliyyat - Sputnik Azərbaycan
Abunə olmaq
"Söhbət canlı insandan yox, meyitdən gedir"

BAKI, 23 noyabr — Sputnik. Baş köçürmə əməliyyatı həyata keçirdiyini deyən həkimin yalan danışdığı ortaya çıxıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, çinli cərrah Xiaopinq Ren italiyalı cərrah Serdcio Kanaveronun baş köçürmə əməliyyatının uğurlu olmadığını iddi edib.

Çinli mütəxəssisin sözlərinə görə, meyitə baş köçürülməsini ümumiyyətlə transplantasiya hesab etmək olmaz: "Söhbət canlı insandan yox, meyitdən gedir. Yəni canlı insana baş köçürmə əməliyyatı həyata keçrilməmişdən öncə hansısa uğurdan danışmaq olmaz".

Ren əlavə edib ki, belə bir əməliyyatın necə keçiriləcəyi barədə heç bir fikri yoxdur: "Amma belə bir əməliyyatın keçirilməsi üçün çox şey etmək lazımdır".

Xatırladaq ki, bir müddət əvvəl italiyalı cərrah Kanavero qeyd etmişdi ki, o, Çində ilk uğurlu başköçürmə əməliyyatını həyata keçirib: "Əməliyyat 18 saat davam edib. Əməliyyat zamanı sinirlər, qan damarları və onurğa beyni bərpa edilib".

Kanavero müsahibələrində əlavə edib ki, başköçürmə əməliyyatı şəxsən onun üçün başa çatmayıb və o, hələ beyin köçürmə barədə düşünür.

Xəbər lenti
0