BAKI, 23 noyabr — Sputnik. 2022-ci ildən etibarən Sinqapurda sürücüsüz avtobuslar istismara veriləcək. Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Xav Bun Van sürücüsüz avtobusların test mərkəzinin açılışında deyib.
O bildirib ki, Punqqol, Tenqah və Curonq bölgələrində yaşayan sinqapurlular 5 il ərzində işə getmək üçün sürücüsüz avtobusları seçə biləcəklər.
Sinqapurun Nəqliyyat Nazirliyindən onu da vuğulayıblar ki, yeni texnologiyalara gənclər daha açıq olduğu üçün, test olaraq cavan nəslin sıx olduğu rayonlar seçilib.