BAKI, 21 noyabr — Sputnik. Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulmasına dair BMT Təhlükəsizlik Şurasında yaydığı bəyanat ABŞ tərəfindən bloklanıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyindən bildirilib.
Rusiya nümayəndə heyəti səfirliyin atəşə tutulması ilə əlaqədar BMT TŞ-də hücumu pisləyən bəyanat yayıb.
Ötən gün Rusiyanın Dəməşqdəki səfirliyi qumbaraatanlardan atəşə tutulub. Nəticədə səfirliyin binasına ziyan dəyib, binanın elektrik xətləri və su təchizatı sistemi zədələnib.
Qeyd edək ki, bundan əvvəl Rusiya BMT TŞ-də ABŞ-ın Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bir neçə dəfə bloklayıb.