Tofiq Abbasov: “Rusiya Ermənistanla nə edəcəyini bilmir”
“Putinin ümidli olmamasının səbəbi odur ki, hələ yekun qərar vermək üçün vəziyyət yetişməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
“Siyasi gündəliyin gərgin olması hələki bu məsələnin həlli üçün imkan yaratmayacaq. Səbəblərdən bir də odur ki, Rusiya Ermənistanla nə edəcəyini bilmir. Ona görə də Putin maraqlı deyil ki, Ermənistan istiqamətində gərginlik artsın” — deyə o bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşünü şərh edərkən bildirib ki, həmkarı hələki Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün qəbul edilmiş qərarların icrasına ümidli deyil.