Məşhur avtomobillərin istehsalı dayandırıla bilər

© AP Photo / Thibault CamusAston Martin, arxiv şəkli
Aston Martin, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Brexit" baş versə, o zaman bahalı avtomobil həvəskarları "Aston Martin"lə vidalaşa bilərlər

BAKI, 16 noyabr — Sputnik. Dünyanın ən bahalı, ən məşhur avtomobil markası olan "Aston Matin" şirkəti istehsalı dayandıra biləcəyini açıqlayıb. Sputnik Azərbaycan bu barədə BBC-yə istinadən xəbər verir.

Şirkətin rəhbəri Mark Uilson deyib ki, əgər Böyük Britaniya Avropa İttifaqından ayrılsa, bu, onların gəlirlərinə pis təsir edəcək, nəticədə istehsalat dayanacaq: "Britniya İttifaqdan ayrılsa belə, bu, Aİ ölkələri ilə müəyyən güzəştli razılaşmalar əsasında olsa, daha yaxşıdır".

"Yox əgər, əlverişli güzəşt şərtləri olmadan "Brexit" baş versə, o zaman bahalı avtomobil həvəskarları "Aston Martin"lə vidalaşa bilərlər" — Mark Uilson deyib.

Qeyd edək ki, Britaniyada istehsal edilən məhsulların 80 %-i ixrac olunur. Və bunun yarıdan çoxu Avropa İttifaqı ölkələrinə gedir.

Xəbər lenti
0