BAKI, 13 noyabr — Sputnik. İranda zəlzələ qurbanlarının sayı artır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, zəlzələ nəticəsində həyatını itirənlərin sayı 200 nəfərə çatıb.
Prezident Həsən Ruhani zəlzələdən zərər çəkən ailələrə yardım ayrılmasına göstəriş verib. Məlumata görə, hadisə səbəbindən minlərlə insan zərər görüb.
Xatırladaq ki, noyabrın 12-də İran-İraq sərhəddində 7,2 bal gücündə zəlzələ baş verib.
— Hiwa Dilan (@HiwaDilan92) 12 ноября 2017 г.