Şok iddia: Baş nazir başqa ölkə tərəfindən həbs olunaraq istefa verməyə məcbur edilib

© AFP 2024 / FAYEZ NURELDINE Ər-Riyad şəhəri
Ər-Riyad şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Livanın baş naziri Səid Həriri noyabrın 4-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda vəzifəsindən istefa verdiyini açıqlayıb

BAKI, 10 noyabr — Sputnik. Dünyaca tanınmış analitik, Britaniyanın "İndependent" qəzetinin köşə yazarı Robert Fisk, Livanın baş naziri Səad Həririnin istefası ilə bağlı maraqlı iddia ortaya atıb. Sputnik Azərbaycan xəbər verir ki, Fisk, Həririnin zorla istefaya məcbur edildiyini söyləyib.

© REUTERS / Mohamed AzakirSəad Həriri
Səad Həriri - Sputnik Azərbaycan
Səad Həriri

"Səad Həririnin istefası bilindiyi kimi deyil. O, təyyarəsi ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada enər-enməz ətrafını polislər alıb. Həririnin və mühafizəçilərinin telefonu müsadirə edilib. Özü hazırda ev dustaqlığındadır. Ona görə danışa bilmir" — Robert Fisk yazıb.

Qeyd edək ki, Livanın baş naziri S.Həriri noyabrın 4-də S.Ərəbistanının paytaxtı Ər-Riyadda, vəzifəsindən istefa verdiyini açıqlayıb. O, özünə qarşı sui-qəsd planı hazırlandığını və bu planını arxasında "Hizbullah"ın dura biləcəyini söyləyib. Livandakı "Hizbullah" təşkilatı isə baş nazirin dedikləri ilə razılaşmayıb.

Xəbər lenti
0