BAKI, 8 noyabr — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2018-ci ilin büdcəsi müzakirə edilir.
Sputnik Azərbaycan xəbər verir ki, iclasda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli post-neft dövrünün ilk illərində müəyyən maliyyə çətinliklərinə baxmayaraq, sosial sahəyə ayrılan maliyyənin azalmadığını deyib: “2018-ci ilin büdcəsi 2017-ci ilin büdcəsindən 20 faiz çoxdur. Yenə də bunun böyük bir hissəsi sosial müdafiə məqsədlərinə yönəlib. Gələn ilin büdcəsinin 33,5 faizi sosial məqsədlərə yönəlib. Əvvəlki illərdə isə bu rəqəm 26-28 faiz civarında olub. Büdcəmizin sosialyönümlü olduğu rəqəmlərdən də görünür”.
İclasda maliyyə nazirinin müavini Azər Bayramov çıxış edib.
Müzakirələr davam edir.