BAKI, 7 noyabr — Sputnik. Əfqanıstanın paytaxtı Kabildə telekanal binasına hücum olub. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında yaşanıb.
Silahlı şəxslər "Shamshad TV" kanal binasını hədəf alıblar. Mühafizəçilərlə silahlılar arasında atışma olub. Ərazidən partlayış səsi də eşidilib.
Hadisə səbəbilə kanal yayımı dayandırıb. İşçilərdən bəzilərinin öldürüldüyü və yaralandığı bildirilir.