Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Məmmədli: “Dövlət orqanlarının internet resursu aktiv olmalıdır”

© Photo : From the personal archive of Alesger MamedliHüquqşünas Ələsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli - Sputnik Azərbaycan
Abunə olmaq
Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyir ki, elektron sistemə keçildiyi üçün qurumlar informasiyanı ehtiyac olan zaman yayır

Məmmədli: “Dövlət orqanlarının internet resursu aktiv olmalıdır”
Daxili İşlər Nazirliyi (DİN) cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində ərazi polis orqanları tərəfindən həyata keçirilən tədbirlərin nəticələri, cinayətlər barədə KİV nümayəndələrini və ictimaiyyəti daha ətraflı və operativ şəkildə məlumatlandırmaq, polis-media münasibətlərini daha da yaxınlaşdırmaq üçün Mətbuat Xidmətinə bilavasitə tabe olan regional qruplar yaradıb. 

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Sputnik Azərbaycan-a deyir ki, bu informasiyanın daha geniş kütləyə yayılması baxımından müsbətdir: 

“İnformasiya və kommunikasiya sistemi kifayət qədər inkişaf edib. Bunun üçün əlavə mətbuat xidmətləri yaratmaq yox, internet resursunu mərkəzləşmiş qaydada yeniləyən sistemi inkişaf etdirmək lazımdır”.

Xəbər lenti
0