Con Kennedinin qatili ilə bağlı gözlənilməz həqiqət üzə çıxdı

© Sputnik / РИА Новости / Mediabanka keçidПрезидент США Джон Кеннеди
Президент США Джон Кеннеди - Sputnik Azərbaycan
Abunə olmaq
Con Kennedinin qatili kəşfiyyat idarələri ilə əlaqəli olmayıb

BAKI, 4 noyabr — Sputnik. ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qatili Li Harvi Osvald Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəli olmayıb.

“Report” xəbər verir ki, bu barədə cümə günü dərc olunan arxiv sənədlərində deyilir.

MKİ-nin 1975-ci il tarixli memorandumunda Osvaldın idarə ilə əlaqəsinin olmasına dair şayiələr "tamamilə əsassız" adlandırılıb.

Bu qənaət MKİ-nin 70-ci illər arxivlərinin ətraflı öyrənilməsi nəticəsində əldə olunub. MKİ həmçinin Osvaldın Amerikanın hər hansı bir digər xüsusi xidmət orqanları ilə əməkdaşlığına dair dəlil də tapmayıb.

Memorandum cümə günü ABŞ-ın Milli Arxiv İdarəsi tərəfindən dərc olunan 700-ə yaxın sənədin içərisində olub.

Kennedi 22 noyabr 1963-cü il tarixində Dallasda öldürülüb. Onun qatili Osvald iki gün sonra sui-qəsd nəticəsində ölüb. İstintaq belə bir qənaətə gəlib ki, Osvald tək hərəkət edib, lakin Kennedinin qətli ilə bağlı rəsmi təsdiqini tapmayan çoxsaylı alternativ fərziyyələr də mövcuddur.

Xəbər lenti
0