Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan-Rusiya sərhədindəki insident araşdırılır

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidТаможенный пост, архивное фото
Таможенный пост, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Vasilyev Dağıstan hökuməti sədrinin müavini Ramazan Cəfərova insidenti araşdırmağı və ona hesabat verməyi tapşırıb

BAKI, 3 noyabr — Sputnik. Dağıstanın rəhbəri Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədindəki "Yaraq-Qazmalar" keçid məntəqəsində baş verən insidentin araşdırılmasını, təqsirkarların cəzalandırılmasını və gömrük keçid məntəqəsindən nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etməyi tapşırıb.

APA-nın verdiyi xəbərə görə, oktyabr ayının 31-də Rusiya-Azərbaycan sərhədində bir qrup sürücü etiraz aksiyası keçirib. Aksiya iştirakçıları iddia edib ki, Dağıstan gömrükçüləri onlardan rüşvət tələb edib. Bundan başqa, sürücülər gömrükçülərin onlara qarşı təhqiramiz ifadələr işlətdiyini də bildirib.

Aksiyada 200-dək dağıstanlı və azərbaycanlı sürücü iştirak edib. Onların sözlərinə görə, dağıstanlı gömrükçülərin yaratdığı bürokratik əngəllər səbəbindən ağırtonnajlı nəqliyyat vasitələrində olan yüklər xarab olur. Noyabrın 3-dən etibarən, yəni etiraz aksiyasından sonra maşınların buraxılışı nisbətən sürətlənib.

Dağıstan rəhbərinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda əsas məqsəd yaranan gərginliyin aradan qaldırılmasıdır.

Vasilyev Dağıstan hökuməti sədrinin müavini Ramazan Cəfərova insidenti araşdırmağı və ona hesabat verməyi tapşırıb. 

Xəbər lenti
0