Tramp: "Green Card"la ölkəyə heç də ən yaxşı insanlar gəlmirlər"

© REUTERS / Kevin LamarqueABŞ prezidenti Donald Tramp sənədi imzalayarkən, Ağ Ev, 12 oktybar 2017-ci il
ABŞ prezidenti Donald Tramp sənədi imzalayarkən, Ağ Ev, 12 oktybar 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Siz lotereya sisteminə və onunla bizim ölkəmizə gələn insanlara bir baxın… Bilirsiniz, ölkələr öz yaxşılarını, seçilmişlərini başqa yerə buraxmırlar"

BAKI, 3 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp güman edir ki, "Green Card" – Amerikada daimi yaşayış statusu almaq hüququ verən viza uduşu proqramı ilə ölkəyə "heç də ən yaxşı insanlar gəlmirlər".

“Report” xəbər verir ki, o bunu "Fox News"a müsahibəsində deyib.

"Siz lotereya sisteminə və onunla bizim ölkəmizə gələn insanlara bir baxın… Bilirsiniz, ölkələr öz yaxşılarını, seçilmişlərini başqa yerə buraxmırlar" — deyə Tramp bildirib.

Xəbər lenti
0