Azərbaycanda temperatur 0 dərəcəyə düşəcək

© Sputnik / Irade JELILBu rənglər soyuq və isi hava kütlələrini izah edir
Bu rənglər soyuq və isi hava kütlələrini izah edir - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik əhalini xəbərdar edir

BAKI, 1 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 2-də havanın tutulub açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

На Баку обрушился ливень - Sputnik Azərbaycan
Noyabrda hava necə olacaq - proqnoz açıqlandı

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 2-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0